Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət başçısının saytına istinadən məlumat verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı.
“Gürakın vəzifəyə təyin olunmasından qısa zaman sonra Azərbaycana səfər etməsinin önəmi qeyd edildi və bu səfərin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu”, - məlumatda vurğulanır.
Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edildi. **
B.Rüstəmbəyov