Ermənistan Baş Hərbi İstintaq İdarəsinin üçüncü qarnizon istintaq şöbəsində Ermənistan Müdafiə Nazirliyinin N-ci hərbi hissəsinin iki hərbçisinin ölümünün araşdırılması ilə bağlı istintaq aparılır.
“İnterfaks-Azərbaycan” Ermənistan İstintaq Komitəsinin məlumatına istinadən xəbər verir ki, avqustun 27-də daxil olan məlumata əsasən, dünən saat 16:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi hissəsinin müdafiə rayonunun hərbi mövqeyində həmin mövqeyin hərbi qulluqçusu A.O. AK-74 silahından rütbəcə özündən böyük hərbçi A.X.-ni ölümcül yaralayıb. Daha sonra həmin silahdan özünü başından ölümcül yaralayıb.
"İlkin istintaq aparılır. İlkin məlumatlara görə, hadisə şəxsiyyətlərarası, nizamsız münasibətlərlə əlaqədardır", - Komitədən vurğulanır. **
İnformasiya şöbəsi