2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 7 milyard 262,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 3 milyard 411,4 milyon manat məbləğində heyvandarlıq, 3 milyard 851 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,4%, bitkiçilik məhsullarının istehsal həcmi 3,2% artıb.
Yanvar-iyul aylarında respublikada 327 min ton ət (artım 3,1%), 1 milyon 305,8 min ton süd (artım 1,7%), 1 milyard 305,1 milyon ədəd yumurta (artım 12%), 14,4 min ton yun (azalma 2,6%) və 356,6 ton barama (artım 5,1%) istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 avqust 2023-cü il tarixinə bahar əkini üçün 1 milyon 546,7 min ha sahə əkilib (4,8% azalma), o cümlədən dənli və paxlalı bitkilərin sahəsi 958,9 min ha (28,9 min hektar qarğıdalı daxil olmaqla), texniki bitkilər - 114 min hektar, kartof, tərəvəz və bostan bitkiləri - 127,9 min hektar, yem bitkiləri - 345,9 min hektar təşkil edib.
Təsərrüfatlarda yanvar-iyul aylarında qarğıdalı da daxil olmaqla 2 milyon 901,5 min ton dənli bitki (artım 1,7%), 664,9 min ton kartof (azalma 1,8%), 1 milyon 242,8 min ton tərəvəz (artım 4%), qəhvə məhsullbostan bitkiləri - 388,8 min ton (ötən ilin göstəricisinə bərabərdir), 314,9 min ton meyvə və giləmeyvə (artım 1,9%), 8,1 min ton üzüm (artım 5%), 2,9 min günəbaxan (artım 0,5%), 9 min ton şəkər çuğunduru (artım 53,6%), 1,8 min ton tütün (artım 0,7%), 717,2 ton yaşıl çay yarpaqları (artım 15,4%) istehsal olunub.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 10 milyard 984,2 milyon manat (2021-ci ilin göstəricisindən 3,4% çox).**
X.Nəsirzadə