2023-cü ilin birinci yarısında Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsinə 449,4 min manat yönəldili2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Statistik məlumatlara görə, bu vəsaitin 70,4%-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 29,6%-i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə yönəldilib.
DSK-dən qeyd olunur ki, Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 3 milyon 520,1 min ədəd balıq körpələrinin 2 milyon 923,7 min ədədi çəkikimi balıq körpələrinin, 590,6 min ədədi nərəkimi balıq körpələrinin və 5,8 min ədədi qızılbalıq körpələrinin payına düşüb.**
X.Nəsirzadə