Azərbacyan Xarici İşlər Nazirliyi (XİN) Fransa prezidenti Emanuel Makronun Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına dair bəyanatını tənqid edib.
“Fransa prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir”, - Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib.
Onun sözlərinə görə, Fransa prezidentinin bu cür bəyanatları sülh prosesinə xələl gətirir. Azərbaycan XİN rəsmisi bildirib ki, Makronun leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Bakının rəyinə görə, bu da, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.
“Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq”, - Hacızadə bəyan edib.
Bazar ertəsi Fransa prezidenti Emanuel Makronun səfirlər konfransı zamanı bu həftə Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqları aparmaq planı barədə elan edib. Bununla yanaşı, o, Laçın yolu ilə bağlı «yeni diplomatik təşəbbüslər» planı və Azərbaycana təzyiqləri artırmaq niyyətində olduğunu bəyan edib. **
R.Kərimov