Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası onun gələn həftə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər etmək niyyətində olduğunu təsdiqləyib. Bu barədə bazar ertəsi «Daily Sabah» nəşri xəbər verir.
“Prezident Rəcəb Tayyib Ərdoğan gələn həftə Rusiyaya səfər etmək və prezident Vladimir Putinlə görüşmək niyyətindədir. Bu, Rusiyanın ən vacib Qara dəniz taxıl sazişinə qayıtmasında irəliləyişə səbəb ola bilər», - nəşr partiyanın nümayəndəsi Ömər Çelikin sözlərindən sitat gətirir. **