Rusiya Bankı “Kwikpay” yeni beynəlxalq ödəniş sistemini qeydiyyata alıb. Bu barədə tənzimləyicinin saytında deyilir.
Sistem avqustun 25-də Mərkəzi Bankın reyestrinə daxil edilib, operatoru “Trubnaya SIV” MMC-dir. Şirkət 2019-cu idə Moskavada qeydiyyatdan keçib, benefensiarı qismində İrina Xellmix çıxış edir.
Ödəniş sisteminin saytındakı məlumata görə, onun istifadəçiləri Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Ermənistan və daha 32 ölkəyə transsərhəd köçürmələr həyata keçirə bilərlər. **