Bazar ertəsi axşam saatlarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki (Qarabağ iqtisadi regionu) qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyi məlumat verir ki, saat 19:20-dən 20:55-dək qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirlər görülüb”, - MN-dən vurğulanır. **
R.Əhmədov