Dövlәt Dәniz vә Liman Agentliyi əməkdaşlarının könüllü tibbi sığortasına “PAŞA Sığorta” ASC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, sığorta şirkəti ilə 73,38 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilənin müddəti 12 aydır və könüllü tibbi sığorta agentliyin 236 əməkdaşını əhatə edəcək.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 11-də “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılır.
Dövlət Dəniz və Liman Agentliyinin nizamnamə kapitalı 6 milyon 228,052 min manat təşkil edir.*
X.Nəsirzadə