“AzInTelecom” MMC “Hökumət buludu” layihəsi çərçivəsində mövcud avadanlıqlar üçün texniki dəstəyin satın alınmasına 2,4 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “AzInTelecom” “Infinitech” MMC ilə ümumilikdə 2 milyon 424,993 min manat məbləğində müqavilə bağlayıb.
“AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.
“AzInTelecom” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.*
B.Rüstəmbəyov