Dövlət Turizm Agentliyi (DTA) “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki evlərin və bir sıra küçələrin tarixi mühitə uyğunlaşdırılması işlərinə “İsmayıllı Tikinti-27” ASC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, şirkətlə 695,741 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlər 30 sentyabr 2024-cü ilə qədər başa çatdırılmalıdır.*
X.Nəsirzadə