Ədliyyə Nazirliyi informasiya-kommunikasiya avadanlığının, şəbəkə infrastrukturunun saxlanılması, inkişafı və ona texniki dəstəyin göstərilməsinə 6,495 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “BESTCOMP GROUP” QSC ilə müvafiq müqavilələr bağlanb.
4,363 milyon manat məbləğində birinci müqavilə məhkəmələrin istismarında olan “Elektron məhkəmə” informasiya sisteminin, informasiya-kommunikasiya avadanlığının, şəbəkə infrastrukturunun saxlanılması, inkişafı və ona texniki dəstəyin göstərilməsini nəzərdə tutur.
İkinci müqavilənin dəyəri 2,132 milyon manatdır və Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsini nəzərdə tutur.
Hər iki müqavilə üzrə işlərin yerinə yetirilmə müddəti 15 dekabr 2024-cü ilə qədərdir.*
R.Kərimov