2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 5,1 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən xəbər verir.
“Cari ilin yanvar-iyul ayları ərzində ümumi çəkisi 5 ton 141,918 kq olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən götürülüb”, - deyə məlumatda bildirilir.
Qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin dəyəri 225,099 milyon manatdır ($132,4 milyon).*
X.Nəsirzadə