Azərbaycan 2023-cü ilin əvvəlindən Xantı-Mansi Muxtar Dairəsi ərazisindən 14,3 min kubmetr taxta-şalban idxal edib.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”a istinadən xəbər verir ki, Xantı-Mansi Muxtar Dairəsindən taxta-şalban idxalçılarının TOP-5-nə Çin (127,28 min kubmetr), Özbəkistan (119,22 min kubmetr), Qazaxıstan (66,8 min kubmetr) və Azərbaycan daxildir.
Bütövlükdə hesabat dövründə Xantı-Mansi Muxtar Dairəsindən 263,14 min kubmetr taxta-şalban və 75,26 min kubmetr işlik oduncaq ixrac edilib.*
R.Əhmədov