Gəncə Şəhər İcra Hakimiyyəti küçə və prospektlərdə əsaslı təmir işlərinə 1,8 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “ƏRDAĞI” MMC ilə 1,846 milyon manat məbləğində müqavilə bağlanıb.
İşlərin yerinə yetirilmə müddəti 15 dekabr 2023-cü ilə qədərdir.*
R.Kərimov