“MİDA” MMC Lənkəran və Sumqayıt şəhərlərində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün qaz sayğaclarının quraşdırılmasına 144 min manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “Qaz Oil Building Inshaat” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqaviləyə əsasən, şirkət 701 ədəd qaz sayğacı quraşdırmalıdır.
Müqavilənin dəyəri 143 min 929,32 manatdır.
İşlərin başa çatma müddəti 22 avqust 2024-cü ilə qədərdir.
Lənkəran şəhərində yeni yaşayış kompleksi Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində inşa olunur.
Sumqayıt şəhərində ikinci yaşayış kompleksi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək.*
B.Rüstəmbəyov