Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Bakının Binəqədi qəsəbəsində yaşayış kompleksində 9 çoxmənzilli binanın tikintisinə “Amal Group” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “Amal Group” MMC ilə iki müqavilə bağlanıb.
20 milyon 834,191 min manat məbləğində birinci müqavilə yaşayış kompleksində 17, 18, 19, 20, 21 və 22 nömrəli binaların tikintisini nəzərdə tutur. Tikinti işlərinin başa çatma müddəti 28 oktyabr 2024-cü ildir.
İkinci müqavilə yaşayış kompleksinin ərazisində 14, 15, 16 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisini nəzərdə tutur. Müqavilənin dəyəri 12 milyon 298,573 min manatdır. Tikinti işləri 28 oktyabr 2024-cü ilə qədər başa çatmalıdır.
Bundan başqa, MİDA Binəqədidə 24, 25, 26, 27 və 28 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə “Hünər İnşaat Firması”nı cəlb edib. Müqavilənin dəyəri 20 milyon 932,224 min manatdır.
Müqavilənin şərtlərinə əsasən, bu 6 binanın tikintisi 28 oktyabr 2024-cü ilədək başa çatmalıdır.
Yaşayış kompleksinin Binəqədi qəsəbəsində 9 ha torpaq sahəsində tikintisi planlaşdırılır.*
B.Rüstəmbəyov