Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi istirahət parklarında əsaslı təmir və abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “Elvi.M.M. Services Group” MMC ilə 1 milyon 623,552 min manat məbləğində müqavilə bağlanıb.
İşlərin yerinə yetirilmə müddəti 2023-cü ilin sonuna qədərdir.*
B.Rüstəmbəyov