Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrini Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda ittiham edib.
“Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - deyə nazirlikdən bildirilib.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.*
R.Əhmədov