Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 31-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8561 manat/1EUR səviyyəsində (avqustun 30-na 1.8465 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 31-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0176 manat/1RUB səviyyəsində (30 avqust - 0.0177/1RUB) müəyyən edib.
AMB avqustun 31-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0636 manat/1TRY səviyyəsində (avqustun 30-na 0.0641 manat/1TRY) müəyyən edib.**
X.Nəsirzadə