Azərbaycan 2023-cü ilin yanvar-iyun aylarında Rusiya və Qazaxıstandan buğda idxalını artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, Rusiyadan buğda idxalı 49,6% - 348,644 min tonadək artıb. Ümumilikdə, yanvar-iyun aylarında Rusiya Azərbaycana $96 milyon 455,97 min dəyərində (artım 12%) buğda tədarük edib. Beləliklə, bir ton Rusiya buğdası Azərbaycana 276,66 ABŞ dollarına başa gəlib.
Qazaxıstandan $49 milyon 109 min dəyərində (artım 26,8%) 144,565 min ton buğda (artım 26,7%) alınıb. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 339,7 ABŞ dollarına başa gəlib.
Azərbaycana buğda idxalının 70,7%-i Rusiyanın, 29,3%-i Qazaxıstanın payına düşüb.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana $145 milyon 565,1 min (аrtım 1,8%) dəyərində 493,21 min ton buğda (artım 23,1%) idxal edilib. Azərbaycanın bu dövrdə aldığı buğdanın qiyməti bir ton üçün $295,1 təşkil edib. **
B.Rüstəmbəyov