Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ölkənin Qarabağ regionunda yaşayan erməni sakinlər üçün nəzərdə tutulmuş ərzaq olan yük maşınlarının yerləşdiyi məntəqə ilə tanış olurlar.
"Ağdam-Əsgəran-Xankəndi yolunun girişindəyik. Diplomatik korpus nümayəndələri və beynəlxalq jurnalistlər qrupu yolun (Ağdam-Xankəndi - İF) funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükü ilə tanış olacaqlar", - Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında (öncə Twitter) yazıb.
Xəbər verildiy kimi, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ regionuna 40 ton humanitar yardım göndərib.
Humanitar yük un məmulatlarından ibarətdir və Bakıdan göndərilib. Bu yükün Ağdam-Xankəndi yolu ilə Azərbayanın Qarabağ regionunun erməni sakinlərinə çatdırılması planlaşdırılır.
Azərbaycanın Qarabağ regionunda yaşayan və guya «humanitar böhran» və ərzaq çatışmazlığından şikayətlənən ermənilər bu yükü qəbul etməkdən imtina edirlər. Bakı bu addımı regionda hər hansı humanitar böhranın olmamasının göstəricisi kimi qiymətləndirir. **
R.Kərimov