Ermənistan və Yunanıstan hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökumətin qeyd olunan sənədin imzalanmasını müzakirə edir.
Sazişdə silah, döyüş sursatı və partlayıcı maddələrin istehsalına texniki dəstək, döyüş sursatı istehsalı sahəsində informasiya və təcrübə mübadiləsi, hərbi təyinatlı mallar və onların istehsalı sahəsində tədqiqatların aparılması, onların istehsalı üzrə birgə təşkilatların yaradılması, habelə tərəflərin qarşılıqlı razılığı ilə digər istiqamətlər yer alıb.
Saziş həmçinin hərbi-texniki əməkdaşlığın formaları, o cümlədən texniki heyətin hazırlanması, üçüncü ölkələrdə istehsal olunan hərbi təyinatlı məhsulların təmiri və istismarı ilə bağlı xidmətlərin göstərilməsi haqqında müddəaları nəzərdə tutur.
Sazişin reallaşdırılması və əməkdaşlığa kömək etmək üçün Ermənistan-Yunanıstan komissiyasının yaradılması planlaşdırılır. **
İnformasiya şöbəsi