Cümə axşamı Azərbaycan Ordusu Qarabağ regionunda qeyri-qanuni erməni silahlı dəstələrinin uzunmüddətli fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısını alıb. Bu barədə Müdafiə Nazilriyi məlumat verir.
“Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd olunur ki, “Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”. **
R.Kərimov