“Azərsu” ASC Neftçala və Salyan rayonlarında 17 yaçayış məntəqəsinin su təchizatının yaxşılaşdırılmasına 16 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi https://etender.gov.az portalına istinadən məlumat verir ki, bu məqsədlə cəmiyyət "PROTEAN CONSTRUCTION" ASC və “Hovers Group” MMC birgə müəssisəsi ilə müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, Neftçala rayonunun 11 və Salyan rayonunun 6 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri – 15 milyon 720 min 540,59 manatdır.
Müqavilə çərçivəsində işlər 27 dekabr 2024-cü il tarixinədək tamamlanmalıdır. **
N.Abbasova