Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, cümə axaşmı Ermənistan silahlı qüvvələri tərəfindən şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərinövbəti dəfə atəşə tutulub.
“Avqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub”, - nazirliyin məlumatında qeyd olunur.
MN-dən bildirilir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. **
X.Nəsirzadə