Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, cümə axşamı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub.
“Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - nazirliyin məlumatında deyilir
MN-nin məlumatına görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirlərigörülüb. **
X.Nəsirzadə