Azərbaycan Müdafiə Nazirliyi yenidən məlumat verib ki, Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə Azərbaycan Ordusunun mövqeləri üçüncü dəfə atəşə tutulub.
“Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan tutub”, - nazirlikdən qeyd olunur.
MN-dən vurğulanır ki, bölmələrimiz tərəfindən “cavab tədbirləri görülüb”. **
R.Əhmədov