Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib ki, Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti Cin Liçün ilə Azərbaycanla bank arasında əməkdaşlıq istiqamətlərini müzakirə edib.
“Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün ilə bank ilə Azərbaycan arasında əməkdaşlıq istiqamətləri, bankın maliyyə dəstəyi ilə ölkədə layihələrin reallaşdırılması perpektivləri, həmçinin birgə fəaliyyətin prioritetlərini müzakirə etdik”, - Cabbarov cümə günü "X" hesabında yazıb.
Xəbər verildiyi kimi, hazırda Mikayıl Cabbarov Çində səfərdədir. **
R.Kərimov