Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə cəmləşdirilməsi ilə bağlı Ermənistanın bəyantını təkzib edir.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır”, - nazirliyin bəyanatında deyilir.
“Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır”, - MN-dən vurğulanıb. **
B.Rüstəmbəyov