Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) cümə günü Alkis Drakinosun AYİB-in Qafqaz üzrə regional direktor təyin olunması barədə elan edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, 1999-2000-ci illərdə Drakinos AYİB-in Ermənistandakı nümayəndəliyinə rəhbərlik edib.
“Alkis Vrienios Drakinos AYİB-in Qafqaz üzrə regional direktor təyin olunub”, - AYİB-dən vurğulanır.
Drakinos bankın Azərbaycan, Gürcüstan və Ermənistandakı əməliyyatlarına rəhbərlik edəcək. O, vəzifəsinin icrasına 2023-cü il sentyabrın 1-dən Tbilisidə (Gürcüstan) başlayıb.
Drakinos bankın Moldova üzrə nümayəndəliyinin rəhbəri təyin edilmiş Katarina Byorlin Hanseni əvəz edəcək.
"Qafqaz regionuna dəstək Bank üçün əsas prioritetdir. Regionun gələcək inkişafı və qlobal iqtisadiyyata inteqrasiyası üçün böyük potensialı var və mən bu iqtisadiyyatların uğurlarına nəzərə çarpacaq töhfə vermək üçün yerli AYİB komandaları ilə işləməkdə maraqlıyam", - AYİB-in press-relizində Drakinosun sözərindən sitat gətirilir. **
R.Kərimov