Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) spikeri Ayxan Hacızadə Azərbaycanın Qarabağ regionundakı vəziyyətə dair bəyanatına görə Almaniyanın xarici işlər naziri Annalena Berboku tənqid edib.
Dünən Berbok Qarabağdakı vəzİyyəti “fəlakət” adlandırıb.
“Bütün bunlar yalan erməni təbliğatının məhsuludur! Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yaşamaq üçün lazımi təminatı (Ağdam-Xankındi yolu ilə - İF) göstərməyə hazır olduğunu təklif edib”, - Hacızadə “X” hesabında yazıb.
“Azərbaycanın xoş niyyətinin dəfələrlə rədd edilməsi səslənən bütün iddiaların əsassız olduğunu nümayiş etdirir”, - XİN-in nümayəndəsi əlavə edib.
Xəbər verildiyi kimi, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ regionuna 40 ton humanitar yardım göndərib. Humanitar yük un məmulatlarından ibarətdir və Bakıdan göndərilib. Bu yükün Ağdam-Xankəndi yolu ilə Azərbayanın Qarabağ regionunun erməni sakinlərinə çatdırılması planlaşdırılır. Azərbaycanın Qarabağ regionunda yaşayan və guya «humanitar böhran» və ərzaq çatışmazlığından şikayətlənən ermənilər bu yükü qəbul etməkdən imtina edirlər. Bakı bu addımı regionda hər hansı humanitar böhranın olmamasının göstəricisi kimi qiymətləndirir. **
R.Kərimov