Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) cümə günü məlumat verib ki, 2023-cü ilin avqust ayında dövlət qurumları tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 5,2 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
“İnterfaks-Azərbaycan” ANAMA-ya istinadən məlumat verir ki, avqustun 1-dən 31-dək Qarabağ və Şərqi Zəngəzurda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1020 mina və 1121 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə, 5264,14 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. **
R.Kərimov