Cümə günü Monakoda keçirilən püşkatmanın nəticələrinə görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Azərbaycan komandası H qrupuna düşüb. “Qarabağ” bu mərhələdə “Bayer” (Leverkuzen, Almaniya), “Molde” (Norveç) və “Haken” (İsveç) ilə görüşəcək.
Avropa Liqasının qrup mərhələsinin oyunları sentyabrın 21-dən dekabrın 14-dək həftənin cümə axşamı günləri keçiriləcək. **
R.Kərimov