Azərbaycan Silahlı Qüvvələri ilə sərhəddə baş verən atışma nəticəsində 4 erməni hərbçisi həlak olub, daha bir hərbçi yaralanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər verir.
"Ermənistan tərəfdən dörd ölü və bir yaralı var. Ölən hərbçilərin məlumatları, habelə yaralı hərbçinin vəziyyəti barədə məlumatları Müdafiə Nazirliyi daha sonra dərc edərək, müəyyən edilmiş qaydada hərbçilərin ailələrinə bildirəcək", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bəyan ediblər.
Bundan əvvəl nazirlik iki nəfərin həlak olduğu və bir nəfərin yaralandığı barədə məlumat verib. **