Cümə günü Gürcüstanda Agile Spirit (“Cəld ruh”) 2023 illik çoxmillətli hərbi təlimləri başa çatıb. Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu il təlimlərdə NATO-ya üzv 21 ölkənin 3600-ə yaxın hərbçisi və tərəfdaşı iştirak edib. Xüsusilə, Gürcüstan, ABŞ, Türkiyə, Böyük Britaniya, Azərbaycan, Belçika, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Italiya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya, Slovakiya və Yaponiya hərbi qüvvələri iştirak edib. Həmçinin, ilk dəfə təlimlərdə İordaniya iştirak etmişdir.
Nazirliyin məlumatın aəsasən, təlimlərin məqsədi «Gürcüstanın müdafiə qüvvələri, ABŞ-ın birləşmiş qüvvələri, NATO üzvləri və tərəfdaşları arasında taktiki səviyyədə qarşılıqlı uyğunluğun artırılması, çoxmillətli mühitdə əməliyyatların planlaşdırılması və yerinə yetirilməsində operativ imkanların möhkəmləndirilməsi və tənzimlənməsidir».
Təlimlər avqustun 22-də başlayıb. Gürcüstanda artıq 11 dəfə keçirilib. **