Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ölkənin tranzit potensialının möhkəmləndirilməsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TMTM) mühüm rol ayırıb.
"Ortamüddətli perspektivdə bu dəhliz ilrə daşımaların həcmi beş dəfə artırıla bilər. Bunun üçün tərəfdaş ölkələrlə - Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə səyləri birləşdirmək lazımdır", - Tokayev cümə günü parlament palatalarının birgə iclasında Qazaxıstan xalqına illik müraciətində qeyd edib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2022-ci ilin göstəricisi ilə müqayisədə 17,6% - 2 milyon tonadək arta bilər. 2025-ci ilədək marşrutun ötürmə qabiliyyətinin illik 10 milyon tona çatacağı gözlənilir. **