Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə rəsmi səfəri zamanı Azərbaycan və Çin arasında energetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
“China Energy International Group Co. Ltd” şirkətinin sədri Lü Dzesianq ilə gprüş zamanı Azərbaycanda energetika sahəsində reallaşdırılan təşəbbüslər və şirkətlə əməkdaşlıq imkanları, həmçinin ölkəmizin "yaşıl enerji" potensialı və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə müzakirələr apardıq”, - Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb.
O cümlədən, səfər çərçivəsində Pekində Azərbaycan Ticarət Evinin açılışı və digər tədbirlər planlaşdırılıb. **
V.Əliyev