RF XİN-in rəsmisi Mariya Zaxarova VMT-nin Qara dəniz taxıl sazişi üzrə yeni təkliflər paketinin “Rosselxozbank”ın SWIFT-ə qoşulması və Rusiyanın dondurulmuş aktivlərinin azad edilməsini nəzərdə tutması ilə bağlı Türkiyənin Anadolu agentliyinin məlumatını şərh edib.
“Əvvəl də bütün bunlar “nəzərdə tutulurdu”, lakin işləmədi”, - Zaxarova özünün Telegram kanalında yazıb.
Avqustun əvvəlində eyni şərtlər barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin danışıb.
22 iyul 2022-ci ildə Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri İstanbulda «taxıl sazişi» imzalayıblar. Saziş Rusiyanın, Odessa da daxil olmaqla üç limandan Qara dəniz ilrə Ukrayna taxılının, ərzaq və gübrələrin çıxarılmasına kömək etməsini nəzərdə tutur.
Həmçinin, İstanbulda Rusiya Federasiyası ilə BMT arasında Rusiya kənd təsərrüfatı məhsullarının və gübrələrin dünya bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı təşkilatın öhdəliklərini nəzərdə tutan memorandum imzalanıb. **
V.Əliyev