Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan sərhədində mövqelərinin atəşə tutulması barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib edir.
“Sentyabrın 2-si saat 16:00-dan 16:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - nazirliyin məlumatında deyilir. **
V.Əliyev