İrəvan Ankara ilə münasibətlərin normallaşdırılmasına önəm verir və bu prosesi Bakı ilə münasibətlərin normallaşması ilə əlaqələndirmir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşiyan bəyan edib.
"Biz Ermənistan - Türkiyə münasibətlərini Ermənistan - Azərbaycan münasibətləri ilə əlaqələndirmirik, baxmayaraq ki, Azərbaycan və Türkiyə bunu əlaqələndirmək istəyirlər və daim bu barədə danışırlar”, - Paşinyan «La Repubblica» nəşrinə verdiyi müsahibədə bildirib. Müsahibənin videoyazısı şənbə günü Ermənistanın İctimai Televiziyasının efirində yayımlanıb.
Onun sözlərinə görə, İrəvan «Türkiyə ilə münasibətlərin nizamlanmasını vacib hesab edir».
"Bu, Ermənistan üçün çox vacib məsələdir. Ankaraya səfərim zamanı və Türkiyə prezidenti ilə təmaslarım nəticəsində elə bir təəssürat əldə etdim ki, Ankara üçün də Ermənistanla münasibətlərin nizamlanması vacibdir. Hesab edirəm ki, bu prosesdə imkanlar da, çətinliklər də var", - Paşinyan qeyd edib.
O, həmçinin bəyan edib ki, Ermənistan ilə Türkiyə arasında münasibətlərin nizamlanması «Cənubi Qafqaz regionunda gərginliyi əhəmiyyətli dərəcədə azaldacaq». **