Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat verib.
Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).
Məlumatda deyilir ki, Boeing 787-9 təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib. **
V.Əliyev