Çində işgüzar səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak edib.
"Bu gün Çində növbəti, Pekin şəhərində isə ilk Azərbaycan Ticarət Evinin açılışı olub. Ticarət Evinin fəaliyyəti Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə və ticarət dövriyyəsinin artırılmasına töhfələr verəcək", - Cabbarov "X" sosial şəbəkəsində yazıb. **
V.Əliyev