Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 4-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8338 manat/1EUR səviyyəsində (sentyabrın 1-nə 1.8439 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0176 manat/1RUB səviyyəsində (sentyabrın 1-nə 0.0177 manat/1RUB) müəyyən edib.
AMB sentyabrın 4-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0637 manat/1TRY səviyyəsində (sentyabrın 1-nə 0.0636 manat/1TRY) müəyyən edib.*
N.Abbasova