Xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 4-də Macarıstana rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
“Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur”, – deyə məlumatda qeyd olunur.
Nazir Ceyhun Bayramov səfər çərçivəsində Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.*
N.Abbasova