Bazar ertəsi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Riqterinkin Cənubi Qafqaza birhəftəlik səfəri başlayır. Bu barədə bu gün bankdan məlumat verilib.
O, Ermənistana, Gürcüstana və Azərbaycana səfər edəcək.
“Riqterink AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patronenin müşayiəti ilə hər bir ölkədə hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək”, - deyə məlumatda bildirilir.
AYİB-in birinci vitse-prezidenti Azərbaycanda qida sənayesində kadr potensialının gücləndirilməsi məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən texniki və peşə təhsili və kadr hazırlığı üzrə dövlət-özəl tərəfdaşlığına həsr olunmuş mərasimdə iştirak edəcək.*
R.Kərimov