Azərbaycan və Rusiya Federasiyası hökumətləri Bakı ilə Moskva arasında 2024-2026-cı illər üçün iqtisadi əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Yol Xəritəsi hazırlayacaq.
Azərbaycan hökumətindəki mənbənin “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata görə, bu Tədbirlər Planının 2023-cü ilin sonuna qədər hazırlanması planlaşdırılır.
“Bundan başqa, tərəflər arasında iqtisadi və investisiya qarşılıqlı fəaliyyəti məsələləri üzrə işçi qrupunun iclaslarının keçirilməsi ilə bağlı razılıq var”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, Bakı və Moskva, həmçinin 2023-2025-ci illər üçün turizmin inkişafına dair Yol Xəritəsinin imzalanması barədə razılığa gəlib. “Bu sənəd il sonuna qədər imzalana bilər. Bütövlükdə hər iki tərəf turizmin, o cümlədən Xəzərdə turizmin inkişafı üzrə əməkdaşlığın inkişafında maraqlıdır”, - deyə mənbə əlavə edib.*
A.Əzizov