Bu gün Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - deyə məlumatda bildirilir.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.*
R.Kərimov