2023-cü ilin I yarısında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin (əmtəə nomenklaturasının kodu 8703) ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə artaraq 131,414 milyon avroya çatıb.
Avropa qurumlarındakı mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, yanvar-iyun aylarında əsas ixracatçıların üçlüyünə Almaniya (57,055 milyon avro, artım 1,9 dəfə), Slovakiya (37,096 milyon avro, artım 2,3 dəfə) və İtaliya (16,135 milyon avro, artım 2,3 dəfə) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2021-ci illə müqayisədə dəyər ifadəsində 2,6 dəfə artaraq 176,069 milyon avroya çatıb.*
R.Kərimov