2020-ci ilin noyabr ayından Qarabağ və Şərqi Zəngəzurda 95 min hektardan artıq ərazi mina və hərbi sursatlardan təmizlənib. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu vaxta qədər 30 minə yaxın piyada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. "İkinci Qarabağ müharibəsi bitdikdən sonra 305 nəfər mina qurbanı olub. Onlardan 57 nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə sədr qeyd edib.*
X.Nəsirzadə